Şəmkirdə evdən 4700 dollar oğurlandı
Şəmkirdə evdən 4700 dollar pul oğurlanıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Şəmkir şəhəri İsrafil Məmmədov küçəsi ev 130-da yaşayan Zahid Həsənov rayon polis şöbəsinə müraciət edərək bildirib ki, aprelin 22-də onun evinin pəncərəsini sındıraraq qanunsuz evinə daxil olub, oradan 1350 manatlıq qızıl, 4700 dollar və 200 manat nağd pul oğurlayıblar.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən İpəkyolu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Süleymanov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.