Avtomobilin vurduğu piyada xəstəxanaya sağ çatmadı - MASALLIDA

Masallıda avtomobil piyadanı vurub. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, yol qəzası axşam saatlarında Masallı-Boradigah yolunda qeydə alınıb.

Yolu keçmək istəyən Ərkivan qəsəbəsi sakini, 20 yaşlı İsmayıl Ağayevi Loğman Hüseynovun idarə etdiyi “Nissan” markalı avtomobil vurub. Vurulan piyada Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağayev yolda dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv