Sərxoş halda gölə girdi, suda boğuldu - ŞAMAXIDA
Şamaxı rayon sakini göldə çimərkən batıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək qərarına gəlib. Sərxoş halda gölə girən M.Nuriyev ehtiyatsızlıq səbəbindən suda boğulub.
Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Şamaxıda bəzi yaşayış məntəqələrini su ilə təmin edən Şirvangöl polis əməkdaşları tərəfindən mühafizə edilir və bu su anbarında vətəndaşların çimməsi qadağan edilib.