Qatı duman Meksikada ağır qəzaya səbəb olub - 50-DƏK AVTOMOBİL TOQQUŞUB

Meksikada avtomagistralda 50-yə yaxın nəqliyyat vasitəsi toqquşub.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Saltilyo-Monterrey yolunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi qatı duman və yolun sürüşkən olması göstərilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın baş verdiyi yol bağlanıb.

Müəllif | Apa.Tv
Apa.tv