İsrail hərbçiləri Qəzzada daha 3 fələstinlini öldürdü - SƏRHƏDİ POZUBLAR
İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə 3 fələstinlini güllələyərək öldürüb.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Mudafiə Ordusunun məlumatında bildirilir.
Məlumata görə, fələstinlilərdən biri İsrail ərazisinə keçməyə cəhd edərkən, daha ikisi isə hərbçilərə hücum etdiklərinə görə güllələnib.
Qeyd edək ki, son bir ay ərzində Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalarda 50-yə yaxın fələstinli öldürülüb.