ƏQRƏBLƏRİ DÜZƏLDİN - Şimali və Cənubi Koreya vahid saat rejiminə keçir
Mayın 5-dən etibarən Şimali və Cənubi Koreya vahid vaxt rejiminə keçəcəklər.
APA TV-nin məlumatına görə, rəsmi Pxenyan hesab edir ki, bu qərar Koreya xalqları arasında birlik və milli vəhdətin bərqərar olunması istiqamətində ilk addım olacaq.
Kim Çen In həftə sonu Şimali Koreyada saatların yarım saat qabağa çəkiləcəyini deyib. Artıq bununla bağlı Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyəti müvafiq qərar qəbul edib.
Şimali və Cənubi Koreyada əvvəllər eyni saat rejimi olub. 2015-ci ildə Şimali Koreya rəhbərliyi bu qərara gəlib ki, ölkənin özünün xüsusi saat qurşağı olmalıdır. O zaman ölkədə saatların əqrəbləri yarım saat geri çəkilib.