Neft həftəyə ucuzlaşmaqla başladı

Xam neft yeni həftəyə dəyər itirməklə başlayıb.

 

APA TV-nin məlumatına görə, bir neçə saat ərzində "Brent" nefti 1 dollara qədər ucuzlaşıb. Hazırda bu markadan olan neftin bareli 73,41 dollardan təklif olunur.

 

Qərbi Texas nefti də dəyər itirib. Hazırda WTİ nefti 67,81 dollardan satılır.

 

Tanınmış neft treyderlərindən "Pierre Andurand" enerji şirkətlərinin yeni istehsala sərmayə qoymaqda həvəssiz olmasına görə neftin barel başına qiymətinin bir neçə il ərzində 300 dollara çatmasının imkansız olmadığını bildirib. Neft mütəxəssisləri elektriklə işləyən avtomobillərin uzun vədəli proyektlərə sərmayə qoyulmasına mane olduğunu deyiblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı