Azərbaycanlı ABŞ-da faciəli şəkildə öldü

ABŞ-a səyahət edən azərbaycanlı faciəvi şəkildə ölüb.

 

APA TV-nin "wesh.com" saytına istinadən xəbərinə görə, hadisə Florida ştatının Volusi şəhərində baş verib.

 

Deyton sahil təhlükəsizliyi şerifinin verdiyi məlumata görə, sahildə dayanan Azər Aslanovu dənizdən gələn güclü dalğalar dartaraq sahildən uzaqlaşdırıb. Güclü dalğalar nəticəsində sahilə çıxa bilməyən A.Aslanov boğulub.

 

Xilasedicilərin ilkin tibbi yardım göstərməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu