İraqda İŞİD sıralarında döyüşən 6 azərbaycanlı qadına ömürlük həbs cəzası verildi

İraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib.

 

APA-nın məlumatına görə, bu barədə “Al Quds Al Arabi” nəşri məlumat yayıb.

 

Dünən Bağdad Mərkəzi Cinayət Məhkəməsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxılıb. Qadınlar iclasa uşaqları ilə birlikdə gəliblər. Azərbaycanlılarla yanaşı, 19 Rusiya vətəndaşı və 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum edilib.

 

Məhkəmədə qadınlar öz istəkləri ilə deyil, terror təşkilatına qoşulmuş həyat yoldaşları tərəfindən İraqa gətirildiklərini deyiblər. Onlar Telafer şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı peşmərgəyə təslim olublar.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı