Əsəd qüvvələri ilə PYD/YPG arasında toqquşma: hər iki tərəf itki verib

Suriyanın Deyrizor əyalətində Əsəd qüvvələri ilə ABŞ-ın dəstəklədiyi PYD/YPG arasında toqquşma olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, səhər saatlarında rejim qüvvələri Fərat çayının qərbində yerləşən Caya Hisan və Şakra kəndlərinə hücum təşkil edərək kəndləri ələ keçirib.

 

Kəndləri geri qaytarmaq üçün PYD/YPG terrorçuları ABŞ-ın "Apaçi" helikopterlərinin dəstəyi ilə əks-hücuma keçiblər.

 

Toqquşma nəticəsində Əsəd qüvvələri 20, PYD/YPG isə 5 nəfər itki verib.

 

Qeyd edək ki, Suriya-İraq sərhədində yerləşən Deyrizor əyaləti ölkənin ən böyük enerji yataqlarına sahibdir. Keçən ilin son rübündə PYD/YPG bölgəni ələ keçirib və bununla da Suriyanın şimal-şərqinin enerji ehtiyatlarına sahib olub.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı