Səudiyyədə nəhəng əyləncə mərkəzi tikilir - TƏMƏLİNİ KRAL QOYDU

Səudiyyə Ərəbistanında nəhəng əyləncə mərkəzinin təməli qoyulub.

 

APA TV-nin məlumatına görə, paytaxt ər-Riyad yaxınlığında yerləşəcək "Qiddiya" layihəsinin təməlqoyma mərasiminə kral Salman bin Əbdüləziz, şahzadə Məhəmməd bin Salman və böyük sərmayədarlar iştirak edib.

 

"Qiddiya" ər-Riyadın qərbində 334 kvadrat kilometr ərazini əhatə edəcək. Şəhərin salınmasında məqsəd ölkə vətəndaşlarının əyləncə üçün xaricə getməsinin qarşısını almaq, xarici sərmayədarların diqqətini cəlb etmək və dünya turizmi üçün cazibə mərkəzi halına gəlməkdir. 2022-ci ildə mərkəzin bir hissəsi fəaliyyətə başlayacaq. Layihənin maliyyə xərclərini "Səudiyyə İnvestisiya Fondu" qarşılayacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı