Ucarda mağazaların qənimi ələ keçdi

Ucarda mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə dükandan oğurluq edən rayon sakini, 1997-ci il təvəllüdlü Rüstəm Qadir oğlu İbrahimov tutulub.

 

İlkin dindirmə zamanı məlum olub ki, R.İbrahimov şəhərin 20 Yanvar küçəsində yerləşən Alim Namət oğlu Məmmədova məxsus ərzaq dükanını ayrı-ayrı vaxtlarda iki dəfə, Oğuz küçəsində yerləşən İsmayıl Həsən oğlu Əliyevə məxsus qızıl-zinət əşyaları satılan mağazanı bir dəfə qarət edib, "KapitalBank"ın Ucar rayon filialından isə oğurluğa cəhd edib.

 

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu