Pakistan əsilli şəxs Britaniyanın daxili işlər naziri təyin olunub
Böyük Britaniyada daxili işlər naziri dəyişib.
APA TV-nin “Sky News”a istinadən xəbərinə görə, Ember Raddın istefasından sonra bu vəzifəyə milli azlıqların nümayəndəsi, Pakistan əsilli Sacid Cavid təyin olunub.
1969-cu il təvəllüdlü S.Cavid daha əvvəl “Chase Manhattan” bankında, “Deutsche Bank”da çalışıb və Britaniya hökumətində yerli özünüidarə məsələlərinə cavabdeh olub.
S. Cavidin bu vəzifəyə təyinatı onunla izah edilir ki, baş nazir Tereza Mey DİN-ə əvvəl bu qurumla hər hansı əlaqəsi olmamış və sələfi E.Raddın qarışdığı qalmaqala bağlılığı olmayan bir şəxsi göndərmək istəyib.