Türkiyə vətəndaşının idarə etdiyi TIR Zaqatalada yandı

Zaqatalada Türkiyə vətandaşına məxsus yük maşınında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində baş verib.

Türkiyə dövlətinin "Yenigüller" şirkətinə məxsus, Türkiyə vətandaşı, 1994-cü il təvəllüdlü Yenigül Erdinc Şaban oğlunun idarə etdiyi “Mercedes” markalı iritutumlu qoşqulu yük maşını hərəkətdə olarkən qoşqu hissəsindəki şinləri qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük maşınının qoşqusunda 6 şini və qoşqunun sintetik örtüyünün 3 kv/m-lik hissəsi yanıb. Maşının qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv