Samux sakini öz xanımını döyərək öldürüb - MEYİTİ MEŞƏYƏ ATIB
Samuxda qətl törədilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.
Həmin kənddə yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Ağır bədən xəsarətləri alan qadın yerindəcə keçinib. Bundan sonra A.Səmədov qadının meyitini avtomaşınla apararaq meşəlik sahəyə atıb.
Mərhumun atasının sözlərinə görə, bir gün əvvəl baş vermiş hadisədən ötən gün xəbər tutublar.
Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var. A.Səmədov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.