Naməlum maşın qadını vurdu, KÖMƏKSİZ QALAN YARALI ÖLDÜ
Şirvan şəhəri ərazisində, Şirvan-Salyan avtomagistralının Çılpaqlı qəsəbəsindən keçən hissəsində naməlum avtomobil yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Cəfərova Fazilə Sarxan qızını vurub. Hadisəni törədən sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. APA TV-nin xəbərinə görə, sıravi vətəndaşların çağırışı ilə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəni törədən avtomobilin dövlət nömrə nişanı 01-lə başlayıb, ağ rəngli "VAZ 2106" markalı avtomobil olub. Hazırda polis hadisəni törətmiş sürücünü və avtomobili axtarır. Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.