Rusiyada hərbi festivalda faciə: iki nəfər tankın altına düşdü

Sankt-Peterburqda bədbəxt hadisə baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Hərbi Polad" adlı festival zamanı "T-60" modelli tank manevrlər yerinə yetirərkən 2 nəfərin üzərindən keçib.

 

Tankın hərəkəti zamanı gövdəsində mövqe tutan şəxslər müvazinətlərini itirərək yıxılıblar. Bu zaman hərbi texnika yıxılan şəxslərin üzərindən keçib. Xoşbəxtlikdən zərərçəkənlər sağ qalıblar və dərhal xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, "Hərbi Polad" festivalı hər il keçirilir və festivalda Rusiyanın Birinci Dünya müharibəsindən bəri istifadə etdiyi hərbi texnikalar nümayiş etdirilir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı