İsraildə müharibə hazırlıqları: Netanyahuya müharibə elan etmək hüququ verildi

İsrailin baş naziri Benyamin Netanyahuya müharibə elan etmək hüququ verilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, İsrail parlamenti baş nazirə müdafiə naziri ilə razılaşdırdıqdan sonra müharibə elan etmək hüququnun verilməsi barədə qanun qəbul edib.

 

Knessetdə ikinci və üçüncü səsvermədə qəbul edilən qanuna əsasən, artıq ölkənin baş nazirinin müharibə elan etmək üçün parlamentin icazəsinə ehtiyacı olmayacaq.

 

Qeyd edək ki, qanun layihəsi qəbul edilmədən öncə Beyamin Netanyahu öz çıxışında İranın nüvə silahlarına dair yeni bir gizli planın olduğunu açıqlamış və buna qarşı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdi.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı