ABŞ ordusu Bağdaddan çıxdı

ABŞ Bağdadda yerləşən əsas bazalarını ləğv edib.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, bu münasibətlə Bağdadda rəsmi mərasim keçirilib.

 

ABŞ-ın başçılığı altında Birləşmiş Quru Qoşunları İŞİD-ə qarşı hərbi əməliyyatların bitdiyini elan edib. Hərbi əməliyyatların dayandırıldığını bəyan edən Quru Qoşunları komandanlığı əsarətdə olan 4.5 milyon iraqlının həyatının xilas edildiyini bildirib.

 

Bazaların bağlanışı mərasimində iştirak edən Quru Qoşunları komandanı general Volter Piatt İraq hökumətinə hərbi əməliyyatlardakı dəstəyinə görə təşəkkürünü bildirib və bölgədə əmin-amanlığın bərqərar olacağına ümid etdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı