Bakıda 22 dərəcə isti olacaq
Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23 dərəcə, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Mayın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.