Ağdamda aqronomu ilan sancdı
Ağdamda 52 yaşlı kişini ilan sancıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib.
İxtisasca aqronom olan Ağcabədi rayon sakini Fazil Atakişi oğlu Orucov pambıq sahələrinə baxış keçirərkən sol əlindən ilan sancıb. Fazil Orucov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardım göstərən həkimlər aqronomun həyatını xilas edə biliblər.