Braziliyada 11 sentyabr anı: çoxmərtəbəli bina yanaraq çökdü
Braziliyanın San Paulo şəhərində çoxmərtəbəli bina yanaraq uçub.
APA TV-nin Rusiya mediasına istinadən xəbərinə görə, şəhərin mərkəzində yerləşən binada yanğın baş verib. Yanğın nəticəsində alov tez bir zamanda bütün binanı bürüyüb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilsə də, onlar yanğının qarşısını ala bilməyiblər.
Ölən və zərərçəkənlər barədə hələ ki heç bir məlumat yoxdur.
Qeyd edək ki, hadisə şahidləri binanın çökmə anının 11 sentyabr 2001-ci ildə Nyu-York şəhərində əkiz qüllələrin çökməsini xatırlatdığını bildiriblər.