Gəncliyə Yardım Fondunda balaca rəssamların sərgisi keçirilib

Kimi Azərbaycanın təbiətini təsvir edib, kimi də tarixini. APA TV-nin məlumatına görə, balaca rəssamların Gəncliyə Yardım Fondunda sərgilənən əsərlərində vətən müxtəlif cür təsvir olunub.

 

Azərbaycan Rəssamlar İttifaqı və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, eyni zamanda ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunub.

 

İctimai Birliyin sədri Emin Həsənli bildirib ki, bu il ölkəmizdə bir çox əlamətdar hadisələrin ildönümüdür. Bununla əlaqədar olaraq silsilə tədbirlər keçiriləcək. “Çiçəklənən Azərbaycan” sərgisi də bu qəbildəndir.

 

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim isə deyib ki, gənc nəsil Heydər Əliyevin Azərbaycan tarixində rolunu bilməlidir.

 

Qeyd edək ki, sərgidə 200-dən çox rəssamın 150-yə qədər işi nümayiş olunur.

Müəllif | Apa.Tv
Nigar Həsənli