Bayram ərəfəsində təşkil olunacaq UCUZ YARMARKALAR- SİYAHI
Bayram ərəfəsində paytaxtın 7 rayondan satış yarmarkaları təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə dekabrın 28-31-də satış yarmarkası olacaq.
Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsulları Bakının 7 rayonunda olacaq.
Yarmarkalar Səbail rayonu - Badamdar qəsəbəsi,Seyran Məmmədov küçəsi-1, Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 12; və Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış massivi, Yasamal rayonu - Şərifzadə küçəsi 131, Rabitə və Nəqliyyat kollecinin arxa hissəsi.Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26, Nəsimi rayonu - S. Vurğun küçəsi-73,“Təzə bazar” MMC-nin ərazisi,Xətai rayonu Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi və Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi-53 ünvanlarında təşkil ediləcək.