Parisdə etirazçılar polisə, mağaza və obyektlərə hücum edib - 200-DƏK SAXLANILAN VAR
Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında toqquşmalar olub.
APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, 1 May mitinqinə qatılan 1200-dək anarxist mağaza və restoranların şüşələrini sındırmağa, polisə “Molotov kokteyli" və fişəng atmağa başlayıb. Polis də öz növbəsində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, Parisdə etiraz və qarşıdurmalar zamanı 200-dək etirazçı saxlanılıb, onlardan 40 nəfəri polis şöbələrinə aparılıb.