Kim Çen In: "Bütün nüvə obyektlərini yoxlaya bilərsiniz"

Şimali Koreya (KXDR) lideri Kim Çen In ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ölkəsinin nüvə obyektlərinin yoxlanılmasına razılıq verib. APA TV-nin xəbərinə görə, bu barədə JTBC telekanalı məlumat yayıb.

Qeyd edilir ki, bu, KXDR-in Koreya yarımadasının nüvəsizləşdirilməsi  prosesində fəal iştirak etmək niyyətində olduğunu təsdiqləyir.

“Siz bütün nüvə obyektlərini yoxlaya bilərsiniz”, - deyə Kim Çen In qeyd edib.

Müəllif | Apa.Tv
Sərxan Kamallı