Baş nazir ola bilməyən Paşinyan: "Ümummilli tətillərə, yolları bağlamağa başlayırıq"

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08:15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Ermənistan parlamenti keçirdiyi son iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N.Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Müəllif | Apa.Tv
Sərxan Kamallı