Neft ucuzlaşmağa başladı - ABŞ-DA EHTİYATLAR ARTIR
Xam neftin qiymətləri sutka ərzində bir dollardan çox ucuzlaşıb.
APA TV-nin məlumatına görə, hazırda birjalarda "Brent" neftinin bir bareli 73,19 dollar təşkil edib. Ötən gün səhər saatlarında bu markadan olan neft 74,75 dollara satılırdı. Qərbi Texas nefti də ciddi dəyər itirib. Ötən gün 68,64 dollara satılan WTI markasının bir bareli, hazırda 67,53 dollara təklif olunur.
Amerika Neft İnstitutunun hesabatına görə, ölkənin xam neft ehtiyatları ötən həftə 3,43 milyon barel artıb. Əgər bu günə nəzərdə tutulan rəsmi hesabatda buna uyğun rəqəmlər açıqlansa böyük ehtimalla ucuzlaşma davam edəcək. Qiymətlərə ən çox təsir edən amillərdən biri ABŞ-da ehtiyatların və istehsalın miqdarıdır. Hər iki sahədə artım olduqda qiymətlər ciddi dəyər itirir. Digər səbəb isə Yaxın Şərqin neft istehsal edən ölkələrində böhranın, silahlı münaqişələrin davam etməsidir.