İrəvan iflic oldu - METRO VƏ AEROPORT İŞÇİLƏRİ TƏTİLƏ BAŞLADI

Ermənistan paytaxtında aksiyaçılar bütün mərkəzi yolları bağlayaraq, nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan etirazçıları kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla Ermənistanın ümumi nəqliyyat sistemini iflic etməyə çağırıb. Aksiyaya kütləvi tətil edən şagird və tələbələr də qoşulub.

 

Hazırda İrəvandakı əksər metro stansiyaları bağlıdır, bir çox istiqamətləri üzrə isə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

 

Aksiyaçılar həmçinin İrəvanın "Zvartnots" hava limanına gedən yolları da bağlayıblar.

 

Yeri gəlmişkən, "Zvartnots" hava limanının əməkdaşları da tətil elan edib. Nəticədə aeroportun işində ciddi problem yaranıb, uçuşlar isə təxirə salınıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov