Ərdoğana qarşı böyük plan - 4 MÜXALİFƏT PARTİYASI BİRLƏŞDİ

Türkiyədə dörd müxalifət partiyası parlament seçkilərində ittifaq halında iştirak edəcək.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ partiya, Səadət Partiyası və Demokrat Partiyası millət vəkilləri seçimi üçün öz aralarında razılaşma əldə etdiklərini bildirib. Prezident seçkilərinə isə hər partiya öz namizədi ilə qatılacaq. Partiyaların sabah rəsmi açıqlama verməsi gözlənilir.

 

Qeyd edək ki, 24 iyunda keçiriləcək seçkilər zamanı həm Türkiyə prezidenti məlum olacaq, həm də parlamentin üzvləri seçiləcək. Bundan öncə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkilərdə birlikdə iştirak etmək üçün "Cümhur ittifaqı" yaradıblar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı