Ağdamda parklardan dəmir məhəccər oğurlayan şəxs tutuldu
Ağdamda parklardan dəmir məhəccər oğurlayan şəxs saxlanılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əlizadə İlqar Piriş oğlu rayon ərazisində yerləşən park və çay evinin hasarına bərkidilmiş dəmir məhəccərləri sökərək satıb. Ağdam Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən İlqar Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.