İranda güclü zəlzələ oldu
İranın cənub-qərbində Kohgüliyə bölgəsində və Buyer Əhməd əyalətinin Siseht şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Tehranın Seysmoloji Mərkəzi zəlzələnin səhər saat 08:38 radələrində baş verdiyini bildirib. Zəlzələnin maqnitudası yerin 8 km dərinliyində qeydə alınıb.
İnsan itkisi və dağıntı haqqında hələlik açıqlama verilməyib.