Mərakeş İranla əlaqələri kəsdi - SƏFİRİ QOVDU
"Hizbullah"ı dəstəklədiyi üçün İranla diplomatik əlaqələri dayandırırıq".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Mərakeşin xarici işlər naziri Nəsir Burita verib: "İran "Hizbullah" təşkilatını dəstəkləyir və onu silah-sursatla təmin edir. Əlimizdə bununla bağlı ciddi faktlar var. Bu səbəbdən də ölkəmizin Tehrandakı səfirliyi bağlanacaq. Eyni zamanda İran səfiri də dərhal ölkəni dərhal tərk etməlidir".
Öz növbəsində "Hizbullah" qruplaşması rəsmi Rabatın ittihamlarına cavab verib. Təşkilatdan bildirilib ki, ittihamlar əsassız olmaqla bərabər, ABŞ, İsrail və Səudiyyə Ərəbistanının addımları ilə bağlıdır.
Açıqlamada həmçinin Mərakeşin Xarici İşlər Nazirliyi İranla əlaqələri kəsmək üçün yersiz bəhanələr irəli sürməkdə də ittiham edilib.