Silahlanmaya ən çox pul xərcləyən ölkələr - SİYAHI
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) illik hesabatına görə, dünyada müdafiə xərcləri soyuq müharibədən sonra ən yüksək səviyyəyə çatıb.
APA TV-nin məlumatına görə, 2017-ci ildə müdafiə xərcləri əvvəlki ilə nisbətən artaraq 1 trilyon 739 milyard dollara çatıb. ABŞ-ın silah-sursata xərclədiyi pula görə dünya birincisidir. Super güc 2017-ci ildə 610 milyard xərcləyib. Bu dünya ölkələrinin müdafiə xərclərinin üçdə biri deməkdir. Çin də müdafiə xərclərini artırmaqda davam edir. Ötən il bu ölkə 228 milyard maliyyə vəsaitindən keçib. Ancaq mütəxəssislər Çinin rəsmi hesabatdan daha çox pul xərclədiyini düşünür.
Milli gəlirlərindən müdafiəyə ən çox vəsait ayıran Səudiyyə Ərəbistan üçüncü yerdə qərarlaşıb. Ötən il Rusiyanın müdafiə xərcləri 1998-ci ildən bu yana ilk dəfə azalıb. Qonşu ölkə 20 faiz azalma ilə bu sahəyə 66 milyard 300 milyon dollar xərcləyib.
Avropa da müdafiə xərclərini azaldıb. Fransa altıncı, İngiltərə yeddinci, Almaniya isə doqquzuncudur. Sonuncu ölkə müdafiəsinə ayırdığı pulları artırıb.
Yaponiya milli gəlirin 0,9 faizini silah-sursata xərcləsə də səkkizinci yeri tutur. Hesabatda Türkiyə 15-ci yerdə qərarlaşıb. Qardaş ölkənin müdafiə xərcləri 18 milyard 200 milyon dollardır.