Tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbi açıqlandı
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın nəticəsi açıqlanıb. APA-nın xəbərinə görə, aparılan ekspertiza ilə müəyyən edilib ki, Elnarə Tofiqqızının üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
1977-ci il təvəllüdlü E. Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra Elnarə Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, qadının asfiksiyadan nəfəs çatışmazlığından öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. Faktla bağlı çiinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Jurnalist Anar Niftəliyev həyat yoldaşı E. Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib.