ABŞ İranı cərimələdi - 1 MİLYARD TƏLƏB EDİR

ABŞ Məhkəməsi İranın 11 sentyabr 2001-ci il terrorunun qurbanlarına kompensasiya ödəməsinə qərar verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qərarda İnqilab Keşikçiləri Korpusu və Mərkəzi Bank 1008 nəfərin ölümündə təqsirli bilinib.

 

Məhkəmə rəsmi Tehranı həlak olanların həyat yoldaşlarının hərəsinə 12,5 milyon, valideynləri və  övladlarına 8,5, qardaş və bacılarına isə ayrı-ayrılıqda 4,25 milyon dollar kompensasiya ödəməyə məhkum edib. 

 

Qərar terror hadisəsi qurbanlarının 2004-cü ildə verdiyi şikayə əsasında çıxarılıb.

 

Ekspertlər rəsmi Tehranın bu məbləği ödəməyəcəyini təxmin etsələr də, vəsaitin İranın ABŞ-dakı aktivləri hesabına maliyyələşdiriləcəyini bildiriblər.

Müəllif | Apa.Tv
Fərid Rəsulov