Bakıda kafe yandı

Bakıda kafe yanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi-44 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yerləşən kafedə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb.

 

Kafe sahibinin və hal şahidlərinin verdiyi məlumata görə, yanğına elektrik sistemindəki nasazlıq səbəb olub: "Cərəyan paylayıcısı qutusu var idi və buradan elektrik enerjisi paylaşılırdı. Aparılan söküntü işləri nəticəsində cərəyan qutusunu ayırdılar, nəticədə yaranan nasazlıqdan yanğın baş verdi".

 

Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı