ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb - AZI 5 ÖLÜ

ABŞ-ın Corciya ştatının Savanna şəhəri yaxınlığında C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində azı 5 nəfər dünyasını dəyişib. İlkin məlumata əsasən, qəza zamanı təyyarənin göyərtəsində azı 5 nəfər olub.

İnsidentin təlim uçuşu zamanı baş verdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv