Tovuzda sərxoş çoban bıçaqla özünü öldürüb
Göygöl rayon sakini aldığı bıçaq xəsarətindən ölüb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Tovuzda baş vermiş hadisə zamanı Mollacəmilli kənd sakini, 1972-ci il təvəllüdlü Nəsibov Aqil Şamil oğlu ağır bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.
Bildirilir ki, A.Nəsibov xəstəxanaya çatdırılarkən onun artıq dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, o, Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki fermada çobanlıq edirmiş. Sərxoş vəziyyətdə olan A.Nəsibov hələlik məlum olmayan səbəbdən özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.