Donald Tramp Nobel Sülh mükafatına layiq bilinib - "KOREYANIN XİLASI"NA GÖRƏ

Respublikaçılar Partiyasını təmsil edən ABŞ Nümayəndələr Palatasının 18 üzvü ABŞ prezidenti Donald Trampa Şimali Koreyanın nüvə problemi ilə bağlı səylərinə görə Nobel Sülh mükafatı verilməsi təşəbbüsü ilə Nobel Komitəsinə müraciət edib.

APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Nobel Komitəsinin mövcud qaydalarına əsasən, sülh mükafatına dair rəsmi müraciətlər həmçinin milli parlament və hökumət üzvləri tərəfindən də edilə bilər.

Ötən həftə Respublikaçılar partiyasının üzvü, senator Lindsi Qrem Koreya yarımadasında vəziyyətin nizamlandığı təqdirdə D.Trampa Nobel Sülh Mükafatı verilməsini zəruri sayıb.

Daha sonra Cənubi Koreyanın prezidenti Mun Çje İn də adıçəkilən təşəbbüsü dəstəkləyib.

Müəllif | Apa.Tv
Apa.tv