FES uçot dərəcəsini dəyişmədi

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

APA TV-nin məlumatına görə, FES uçot dərəcəsini 1,5-1,75 faiz səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, sonuncu dəfə FES martın 21-də  uçot dərəcəsini artırıb.


FES uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FES tədricən uçot dərəcəsini minimal (0-0,25 faiz) həddədək aşağı salıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov