Neftin qiymətləri 73-74 arasında dəyişir

Birjalarda xam neftin qiymətlərində ciddi dəyişiklik olmayıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft ötən gün səhər saatlarında qeydə alınan qiymətə - 73,18 dollara satılır. Qərbi Texas nefti isə 30 sent bahalaşıb. WTI nefti hazırda 67,83 dollardan təklif olunur.

 

ABŞ-da dünən açıqlanan rəsmi hesabata görə, neft ehtiyatlarında ötən həftə yanvar ayından bu yana ən böyük çoxalma qeydə alınıb. Donald Tramp böyük neft ixracatçısı İranla imzalanan nüvə razılaşmasından çıxıb-çıxmamaqla bağlı qərarını mayın 12-də açıqlayacaq. Əgər İrana tətbiq olunan sanksiyalar davam etsə və ABŞ müqavilədən çıxsa, qiymətlərdə bahalaşma baş verə bilər.

 

Digər tərəfdən OPEC və Rusiya da daxil olmaqla ehtiyatları azaltmaqla bağlı razılaşmaya imza atan ölkələr əsas hədəfə çatsa da, bu siyasətli davam etdirmək fikrindədirlər.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı