Londonda yəhudi festivalında partlayış - ÇOX SAYDA YARALI VAR
Londonda güclü partlayış olub. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, partlayış nəticəsində 30-dan çox insan yaralanıb.
Hadisə İngiltərə paytaxtının Stamford Hill səmtində qeydə alınıb. Həmin vaxt ərazidə yəhudilərin festivalı keçirilib. Küçədə qalanan şənlik tonqalına naməlum maddənin atıldığı iddia olunur.
Yaralıların çoxunun üz nahiyəsində yanıq xəsarətləri var. Hadisə yerinə çox sayda polis və xilasedici cəlb edilib.
Araşdırmalar aparılır.