ABŞ Suriyada yeni əməliyyatlara başladığını elan etdi

Pentaqon Suriyada əməliyyatlara yenidən başladığını bəyan edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Ceyms Mettis keçən həftə yeni əməliyyatların başlayacağını bildirmiş və Fərat Vadisinə yeni qoşun birləşmələrinin çıxarılacağını qeyd etmişdi.

 

Pentaqon rəsmiləri isə öz növbəsində, Suriyada İŞİD-ə qarşı yenidən əməliyyatların başladığını bəyan edib. Həmçinin qeyd olunur ki, əməliyyatlarda əsas qüvvə PYD/YPG-nin də yer aldığı "Suriya Demokratik Qüvvələri" olacaq.

 

Həmçinin rəsmi Vaşinqton hərbi əməliyyatların Türkiyə, İsrail, İordaniya, İraq və Livanla birlikdə aparılacağını diqqətə çatdırıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı