Düşmən ordusu Dağlıq Qarabağda təlimlərə başladı

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunur.

 

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.


Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd