Göyçayda 3 gün öncə toyu olan gənc ölüb

Göyçay rayon sakini evlənəndən 2 gün sonra vəfat edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Nihat Bəhruz oğlu halı qəflətən pisləşdiyi üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Nihat Abdullayev orada dünyasını dəyişib.

 

Qeyd edək ki, talassemiya xəstəsi olan 25 yaşlı N.Abdullayev yeni ailə həyatı qurmuşdu. Üç gün öncə onun toy mərasimi olub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov