Yəməndə hərbi maşın karvanı partladıldı - 6 ÖLÜ
Yəməndə terror aktı törədilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Yəmənin qərbindəki Əl-Hudeydə əyalətində bombalı hücum nəticəsində Xalq Müqavimət Qüvvələrinin polkovniki və 5 əsgər ölüb.
Naməlum şəxslər tərəfindən Əl-Xuxa ilə His bölgələri arasındakı yola yerləşdirilən partlayıcı qurğu hərbi karvanın keçidi zamanı işə salınıb.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Xalq Müqavimət Qüvvələri bölgədə Səudiyyə Ərəbistanının dəstəyi ilə husilərə qarşı mübarizə aparır.