Nazir: "Azərbaycan vətəndaşlarının xaricə istirahətə getməsi..."
Ölkədə Yeni il ərəfəsində istirahət mərkəzlərində, otellərdə qiymətlərin artması rəqabətin güclülüyü ilə bağlıdır. APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni il ərəfəsində Azərbaycanda turizm sahəsində qiymətlərin artmasına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, dünya təcrübəsində, xüsusilə bayram günləri və digər asudə vaxtın daha səmərəli təşkil etmək imkanları olduğu dövrlərdə mövsüm qiymətlərinin artırılması mümkindir. Lakin bu, yalnız tətil günlərinə aiddir. Digər vaxtlarda, həftə sonuna aid olan dövrlərdə bu müşahidə oluna bilməz. Nazir hesab edir ki, Azərbaycan vətəndaşlarının Gürcüstan, Türkiyə, Rusiya və ya başqa ölkələrə istirahətə getməsi qəbahət deyil: "Bu, bizim sahibkarların öz işləridir. Onlar düşünməlidirlər. Sahibkarlar ölkə şəraitinə uyğun olaraq, qiymətlərdə müəyyən qədər nəzərə almalıdırlar. Amma mənim müşahidəm onu göstərir ki, bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkəmizdə istirahətə üstünlük verir”.
Ölkədə 2015-ci ildək lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin qalmayacağını deyən Əbülfəs Qarayev bildirib ki, bunun üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qədər ciddi işlər aparılacaq: "Təqribən 15 gündən sonra lisenziyaların verilməsi və ya verilməməsi haqqında qərar verilir. Məqsədimiz odur ki, Azərbaycanda normal standartlara uyğun olan, lisenziya alan turizm təşkilatların sayı çoxalsın. Bunun üçün hər vəhclə sahibkarları məcbur edirik ki, lisenziya alsınlar. Ölkədə mehmanxana biznesi üçün 300-ə yaxın lisenziya verilib.”
"Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçirilib.