Suriyada komandiri erməni olan Rusiya təyyarəsi qəzaya uğradı - İKİ PİLOT ÖLDÜ

Suriyada Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "SU-30" qırıcısı qəzaya uğrayıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində təyyarədəki hər iki pilot ölüb.

Rusiyanın Suriyadakı hərbi komandanlığından təyyarənin vurulmadığı, Aralıq dənizi üzərində mühərrikinə quş daxil olması səbəbindən qəzaya uğradığı bildirilib.

Təyyarə "Hmeymim" bazasından havaya qalxıb.

Qeyd edək ki, qəza nəticəsində ölən ekipajın komandiri erməni əsilli mayor Albert Davidyan idi.

 

Müəllif | Apa.Tv
Apa.tv