Suriyada Türkiyənin nəzarətində olan bölgədə terror - ÖLÜ VƏ YARALI SAYI ÇOXDUR
Suriyanın İdlib bölgəsində avtomobildə quraşdırılmış partlayıcı işə düşüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, humanitar mərkəzlərdən birinin qarşısında baş vermiş hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.